REGİONLAR
Ağcabədi taxılçıları 27 min 702 hektar sahədə səpin aparıblar
Ağcabədi, 13 dekabr, AZƏRTAC
Bu il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.
Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 35 min 650 hektar sahədə payızlıq şum qaldırılıb, 17 min 650 hektarda buğda, 7125 hektarda dən üçün arpa, 2927 hektarda xəsil arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 29 min hektardan çox sahədə taxıl səpilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.