REGİONLAR
Ağcabədidə “Kino aylığı” layihəsi çərçivəsində "Yarımçıq xatirələr" filmi nümayiş etdirilib
Ağcabədi, 26 dekabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Kino aylığı” layihəsi çərçivəsində Ağcabədidə "Yarımçıq xatirələr" filmi nümayiş olunub. Filmi Ağcabədi Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin əməkdaşları və 100 nəfərdən çox gənc izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Pedaqoji Kollecinin akt zalında nümayiş olunan "Yarımçıq xatirələr" filmi maraqla qarşılanıb.
Qeyd edək ki, 2015–ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri Müşfiq Hətəmov, bəstəkarı Polad Bülbüloğludur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.