REGİONLAR
Ağcabədidə "20 Yanvar - qan yaddaşımız" mövzusunda müsabiqəyə yekun vurulub
Ağcabədi, 19 yanvar, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş gənclər arasında "20 Yanvar - qan yaddaşımız" mövzusunda keçirilən onlayn inşa yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin üzə çıxarılması olub. Müsabiqədə inşa yazılar e-mail vasitəsilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinə göndərilib.
Otuz iki gəncin iştirak etdiyi inşa yazı müsabiqəsində Səbuhi Quliyev birinci, Nəzrin Mamedova ikinci, Orxan Əliyev üçüncü yerə layiq görülüb. Müsabiqənin qaliblərinə Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.