REGİONLAR
Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib
Ağcabədi, 30 dekabr, AZƏRTAC
Ağcabədi rayonunda Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə prosesinə cəlb edilən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firəvan həyat arzulayıblar.
Bayram tədbirində Günərzi Qayğı Mərkəzinin uşaqları şeirlər söyləyib, səhnəcik və rəqslər ifa ediblər. Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə sevinc qatıb. Bayram süfrəsi ilə davam edən tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.