CƏMİYYƏT


Ağdamda ekskavator minaya düşüb, xəsarət alan var

Ağdamda ekskavator minaya düşüb, xəsarət alan var

Bakı, 18 mart, AZƏRTAC

Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib.

Hadisə zamanı E.Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.