İDMAN


Ağır atletika üzrə Azərbaycan yığması komandası Las-Veqasda keçirilən dünya birinciliyində tarixi qələbəsi

Bakı, 16 mart, AZƏRTAC 

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi Azərbaycan yığma komandası üçün mühüm uğurlarla yadda qalıb.

AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) saytına istinadla xəbər verir ki, 50-yə yaxın ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışa beş idmançı ilə qatılan milli komandamız böyük uğur qazanıblar. Azərbaycan atletlərindən Ömər Cavadov (55 kq), Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medala layiq görülüb. Rəhman Kazımov (+102 kq) isə təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.

Beləliklə yarışı 6 medalla başa vuran Azərbaycan yığma komandası ağır atletika tariximizə qızıl hərflərlə yazılan uğura imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında beşinci yeri tutub. Medal hesabında isə yığmamız 10-cu pillədə qərarlaşıb. İndiyə qədər bu nəticəyə heç bir komandamız nail ola bilməyib.

Bu uğurlar son illər Azərbaycanda idmanın bu növünün inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin məntiqi nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.