CƏMİYYƏT


Ağstafada şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 25 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25 ünvanında fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus şirniyyat sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

İstehsal zamanı məhsullarda etiketlənmənin həyata keçirilmədiyi, xammal və hazır məhsulun saxlanması və daşınması zamanı mal qonşuluğu və temperatur rejiminə riayət olunmadığı, məhsulların təhlükəsizlik göstəricilərinin mütəmadi yoxlanılmadığı, sanitariya qaydalarına riayət edilmədiyi, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.