Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ağstafalı şəhid son mənzilə yola salınıb VİDEO

Ağstafa, 21 may, Famil Quliyev, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovla mayın 21-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində vida mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin 19 il öncə dünyaya gəldiyi evin qarşısında keçirilən izdihamlı mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək, müdafiə naziri Zakir Həsənovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanlığının başsağlığını şəhidin ailəsinə, doğmalarına və həmyerlilərinə çatdırıb. Qeyd olunub ki, 2017-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Adil Əli oğlu xidmət müddətində özünü nümunəvi, bacarıqlı və hərb peşəsini dərindən mənimsəyən, komandirlərin rəğbətini və təşəkkürünü qazanan döyüşçü kimi tanıda bilib. O, dəfələrlə döyüş, fiziki və mənəvi-psixoloji hazırlıqlarda, ictimai işlərdə özünü fəal bir əsgər kimi təsdiqləyib, təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

A.Qurbani bildirib ki, ermənilərin növbəti təxribatının arxasında bir neçə gün öncə qoşunların bu istiqamətdə qarşıdurma xəttinə səfər edən Ermənistanın yeni təyin olunmuş müdafiə və xarici işlər nazirləri dayanır və təxribatın onların tapşırığı ilə törədilməsi istisna deyil. Azərbaycan əsgəri düşmənin cavabını qısa vaxtda artıqlaması ilə verəcək. Nə qədər ki, gec deyil, düşmən məkrli və hiyləgər niyyətlərindən əl çəkməli və işğal etdiyi əzəli Azərbaycan torpaqlarından rədd olub getməlidir.

Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev deyib: “Bütün xalqımız kimi, ağstafalılar da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan ilk gündən müsəlləh əsgər olaraq Vətənin müdafiəsinə qalxıb və döyüşlərdə bir çox qəhrəmanlıq nümunələri göstəriblər. Ağstafalı döyüşçülərdən 146 nəfəri şəhidlik zirvəsinə ucalıb. Adil Tatarov isə Qıraq Kəsəmən kəndinin yeddinci şəhididir.”

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri, şəhid atası Yaqub İsmayılov, Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli Azərbaycan əsgərinin qüdrətindən söz açıb, bu qisasın yerdə qalmayacağını bildiriblər.

Şəhidin atası Əli Tatarov dörd bacının yeganə qardaşı olan oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə ucalmasından qürur duyduğunu deyib.

Bölgənin müdafiəsində dayanan hərbi qulluqçular adından çıxış edən Rasim Manafov Adil Tatarov kimi mübariz oğulların intiqamlarının tezliklə alınacağına and içib.

Şəhidin cənazəsi hərbi orkestrin, Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsinin və fəxri qarovulun müşayiəti ilə kənd qəbiristanlığına aparılıb, dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

Şəhidin cənazəsinə bükülən Azərbaycan bayrağı əbədi xatirə kimi atasına verilib.

Ağstafalı şəhid son mənzilə yola salınıb  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

® “AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir