REGİONLAR
Ağsu rayon sakininin fermasında çətənə kolu aşkarlanıb
Ağsu, 27 iyul, AZƏRTAC
Ağsu rayon Polis Şöbəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində 64 ədəd narkotik vasitə olan çətənə kolu aşkarlanıb.
Rayon polis şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, narkotik vasitə Ağsu çayının sağ sahilində dağ yaşayış məntəqəsi olan Zərqava kəndinin ərazisində, Ülgüc kənd sakini, 56 yaşlı Təvəkkül Məmmədovun icarəyə götürdüyü fermanın sahəsində aşkarlanıb. Axtarış zamanı çətənə kolları ilə yanaşı, 1 ədəd təklüləli ov tüfəngi də tapılaraq götürülüb.
Çətənə kollarının əkilib-becərilməsində şübhəli bilinən Təvəkkül Məmmədov saxlanılıb. İlkin dindirmə zamanı T.Məmmədov narkotik vasitə olan bitkini şəxsi istifadəsi üçün yetişdirdiyni etiraf edib.
Keçirilən əməliyyat zamanı Ağsu şəhər sakini Cəmil Hidayətov da narkotik vastələrin saxlanılması və satışında şübhəli şəxs kimi saxlanılıb.