CƏMİYYƏT


Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə effektiv mexanizmlər müəyyən edilib

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə effektiv mexanizmlər müəyyən edilib

Bakı, 7 fevral, AZƏRTAC

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək hüquqlarının qorunması məqsədilə effektiv mexanizmlər müəyyən edilib. Regionda və dünyada baş verən böhranlara baxmayaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində son 5 ildə aparılan islahatlar xüsusilə diqqət çəkir.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) yaranmasının 30 illiyi münasibətilə fevralın 7-də keçirilən tədbirdə söyləyib.

Həssas qrupdan olan insanların problemlərinin diqqətdə saxlanıldığını deyən nazirliyin rəsmisi vətəndaşların sosial müdafiəsində DOST konsepsiyasının mühüm rolunu qeyd edib.

Rəqəmsallaşma sahəsində xeyli müsbət uğurların əldə edildiyini bildirən Anar Əliyev elektron xidmətlər sahəsində işlərin 90 faiz yerinə yetirildiyini deyib.

Nazir müavini 2021-ci ildən başlayaraq fəaliyyətə başlayan Baş Kollektiv Sazişin işini məşğulluq sahəsində təqdirəlayiq hesab edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.