REGİONLAR


Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə virtual sərgi təşkil olunub

Naxçıvan, 21 yanvar, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən bölmənin sədri, akademik İsmayıl Hacıyevin elmi fəaliyyətinə həsr olunmuş virtual sərgi hazırlanaraq oxuculara təqdim edilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, virtual sərgi yanvarın 21-də görkəmli alimin 70 yaşının tamam olması münasibətilə təşkil edilib. Burada görkəmli alimin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, elmi redaktoru, tərtibçisi olduğu kitabları, müxtəlif jurnal və qəzetlərdə dərc olunan məqalələri, həmçinin haqqında yazılan məqalələr nümayiş olunur.

Sərgi ilə daha ətraflı aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.