REGİONLAR


Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim-məşq uçuşları keçirilib

Naxçıvan, 12 iyun, AZƏRTAC

Döyüş hazırlığı planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim-məşq uçuşları keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, uçuş hazırlığının müxtəlif növləri üzrə keçirilən təlimdə əsas məqsəd heyətin vərdiş və bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi olub.

Təlim-məşq uçuşlarında qarşıya qoyulan məqsədə nail olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.