SİYASƏT


Əlcəzair qəzetində “Azərbaycanda şəhidlərin Anım Günü qeyd edilir” sərlövhəli məqalə dərc olunub

Qahirə, 27 sentyabr, AZƏRTAC

Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru Yusif Xori “Əl-Vasit Əl-Mağaribi” qəzetində “Azərbaycanda şəhidlərin Anım Günü qeyd edilir” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Anım Gününün təsis edildiyini bildirilib. Qeyd edilib ki, bu, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkənin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərin xatirəsinə dərin ehtiramın ifadəsidir.

Yazıda Anım Günü ilə bağlı Azərbaycanın Əlcəzairdəki səfirliyində keçirilən tədbirdən bəhs edən müəllif diqqətə çatdırıb ki, Azərbaycanın Əlcəzairdəki dostları, ziyalılar diplomatik nümayəndəliyə gələrək şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə edirlər.

Məqalədə 44 günlük müharibənin səbəbləri, Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti, qüdrətli Azərbaycan Ordusunun torpaqları düşməndən azad etməsi barədə məlumat verilir. Bildirilir ki, Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə icra edilməyən qətnamələrini və digər beynəlxalq sənədlərin tələblərini 44 gün ərzində uğurla icra etdi.

İşğal dövründə bütün ərazilərin minalandığını qeyd edən müəllif bildirir: “Hətta müharibədən sonra Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilərdə mülki şəxslər və azərbaycanlı hərbçilər həlak olublar. Ermənistanın bu müharibə cinayəti nəticəsində azərbaycanlı jurnalistlər – AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov şəhid olub. Təbii ki, Ermənistan törətdiyi bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.