SİYASƏT


Əlcəzairli jurnalist “Şuruq” qəzetində Qarabağla bağlı təəssüratlarını bölüşüb

Qahirə, 25 sentyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan əlcəzairli jurnalist Əbdüsalam Sakiyə nüfuzlu “Şuruq” qəzetində Qarabağla bağlı təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan torpaqların işğaldan azad edilməsindən sonra. Quruculuq işləri və müdafiə tədbirləri” sərlövhəli məqalədə işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti və quruculuq işləri, ermənilərin minaladığı ərazilərin təmizlənməsi, yeni infrastruktur layihələri, o cümlədən Zəfər Yolu və Füzuli Beynəlxalq Hava Limanı, dağıdılmış məscidlərin bərpası, Zəngilanda “ağıllı kənd” layihəsi barədə ətraflı məlumat verilib. Müəllif diqqətə çatdırıb ki, bütün bu quruculuq işləri ilə yanaşı, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hələ də davam edən təxribatlarına cavab verir. O, sentyabrın 12-də gecə saatlarında sərhəddə baş vermiş insidentlə bağlı əlcəzairli oxucuları məlumatlandırıb, xüsusi olaraq qeyd edib ki, Azərbaycanın dayanıqlı sülhə nail olunması istiqamətində səylərinə rəğmən, qarşı tərəfin destruktiv fəaliyyəti bu prosesə zərbə vurur.

Məqalədə Hərbi Qənimətlər parkı, Şəhidlər xiyabanı, Gəncədə erməni silahlı qüvvələrinin raket atəşinə tutduğu və uşaqlar da daxil olmaqla mülki əhalini qətlə yetirdiyi ərazidən də bəhs olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.