DÜNYA
Aleksandr Lukaşenko: Münaqişələrin həllində səyləri artırmaq üçün ATƏT-də islahatların aparılması vacibdir
Minsk, 5 iyul, AZƏRTAC
Münaqişələrin həllində səyləri artırmaq üçün ATƏT-də islahatların aparılması vacibdir. Bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA-nın rəhbəri ilə görüşündə çıxışı zamanı deyib.
A.Lukaşenko bildirib ki, ATƏT baş verən insidentlərə, münaqişələrə dərhal reaksiya verməlidir və bu çox yüksək səviyyədə, ATƏT-ə üzv olan ölkələrin dövlət rəhbərləri səviyyəsində edilməlidir. O deyib: “Görün son vaxtlar Avropa və digər ölkələrdə hansı neqativ hadisələr baş verib. ATƏT-ə üzv olan ölkə rəhbərləri hansı reaksiyaları veriblər? Heç bir reaksiya verilməyib. Avropada müharibə gedir - reaksiya yoxdur. Bu o deməkdir ki, ATƏT kimi təşkilatda problem mövcuddur”.
Belarus Prezidentinin sözlərinə görə, bu “xəstəliyi” öncədən müayinə edib, həll etmək lazımdır.
A.Lukaşenko hesab edir ki, bu gün ATƏT-in baş verən münaqişələrin həllinə təsir imkanını artırmaq hədəfi qoyulmalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev