Aleksandr Novak: Birgə səylərimiz daha sağlam qlobal neft bazarının yaranmasına kömək etdi
AzerTAg.az
Bakı, 5 yanvar, AZƏRTAC
Birgə səylərimiz daha sağlam qlobal neft bazarının yaranmasına kömək etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşündə deyib.
A.Novak “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan ölkələrin qlobal neft bazarının yenidən tarazlaşdırılması da daxil olmaqla, qarşıya qoyulan hədəflərə sadiqliyinin əhəmiyyətini vurğulayıb: “Ötən fövqəladə ildə “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçıları neftə olan tələbatın görünməmiş azalmasını aradan qaldırmaq üçün birgə çalışdı. “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin səyləri təşəbbüskar və vaxtında oldu, nəticədə neft bazarındakı qeyri-sabitliyi azaltmağa və daha sağlam qlobal neft bazarı yaratmağa kömək etdi”.

Xəbərin mətnində orfoqrafik səhv var