ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin idman klubları rəhbərlərinin iştirakı ilə müşavirə
Bakı, 3 iyul, AZƏRTAC
Təhsil Nazirliyində ali təhsil müəssisələrinin idman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu qurumun Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi əməkdaşlarının, ali təhsil müəssisələrinin idman klubları nümayəndələrinin iştirak etdikləri müşavirədə təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, təhsil alanların sağlamlığının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətindən danışıb.
Nazir müavini tələbələrin idmana cəlb olunması işinin yaxşılaşdırılması və digər istiqamətlərdə tövsiyələrini verib.
Tədbirdə çıxış edən idman klublarının rəhbərləri kadr məsələlərindən, il ərzində idmançıların qazandıqları nailiyyətlərdən, həmçinin klublarda olan mövcud vəziyyətdən bəhs edib, təkliflər verilib.
Sonra müzakirələr aparılıb.