ELM VƏ TƏHSİL


Ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat təsdiqlənib

Bakı, 12 sentyabr, AZƏRTAC

“Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat” təsdiq edilib. Bu Təlimat xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) tədris prosesinin təşkilinə dair əlavə tələbləri tənzimləyir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Təlimatda ali və orta ixtisas təhsili müəssisələrində əyani və qiyabi təhsilalma formalarında tədris prosesinin əyani (ənənəvi) və distant (məsafədən) təşkili məsələlərinə izahat verilib. Sənəddə tədrisin növbəli təşkilinə, əyani və distant dərslərin müddətinə, tələbələrin dərslərdə davamiyyəti məsələsinə və xüsusilə tədrisin distant formada təşkilinə dair məsələlərə aydınlıq gətirilib. Təlimata əsasən tədrisin distant təşkili zamanı nəzəri fənlərin tədrisinə üstünlük verilməsi, bu məqsədlə uyğunlaşdırılmış tədris planlarının tətbiq edilməsi nəzərdə tutulur. Sənəddə tədris distant formada təşkil olunan zaman istifadə olunan proqram təminatına dair də tələblər müəyyənləşdirilib.

Təlimata əsasən tədrisin distant təşkili zamanı cari və aralıq qiymətləndirmənin aparılması qaydası, eləcə də imtahan sessiyasının təşkili və dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.