ELM VƏ TƏHSİL


Alimlər: Beyin hərfləri kor-koranə görə bilər

Bakı, 18 may, AZƏRTAC

Kor insanların əksəriyyətində görmə qabiliyyətinin itməsi ya gözdəki, ya da görmə sinirindəki problemlə əlaqədardır. Yəni, beyin qaydasında olur və hansısa siqnalları qəbul edə bilər.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, neyrobioloqların fikrincə, elektrod implantların köməyilə görmə nahiyəsini bilavasitə stimullaşdırmaq olar və kor adam da nəyisə görə bilər. Bu yolla mürəkkəb peyzajı modelləşdirmək çətin olsa da, hərfləri modelləşdirmək tam mümkündür. Aparılan eksperimentlərdə yanaşma adətən belə olub: hər elektrod vahid piksel rolunu oynaya bilər, beyin qabığına implant edilmiş elektrod-piksellər kompleksi isə hərfin təsvirini yaratmalıdır. Eksperiment zamanı elektrodların hamısı bir yerdə işə salınıb və nəticədə beyin hərfi deyil, aydın olmayan təsviri görüb.

Beylor Universitetindən olan tədqiqatçılar isə məsələyə başqa cür yanaşıblar: elektrodları eyni vaxtda deyil, bir-birinin ardınca (şəkil çəkirmiş kimi) işə salıblar və beyinin görmə nahiyəsində sanki hərfin şəkli tədricən çəkilib. Eksperimentdə iştirak edən kor adamlar davamlı elektrod siqnalların köməyilə beyində hiss etdikləri fiquru sensor ekranda barmaqları ilə çəkə biliblər. Yəni davamlı elektrod siqnalları beyində hər hansı fiquru “görməyə” kömək edib. Təcrübədə sadə simvollardan, C, W və U kimi hərflərdən istifadə edilsə də, alimlərin fikrincə, beyinə daha mürəkkəb təsvirləri ötürmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.