ELM VƏ TƏHSİL
Alimlər beynin ən mürəkkəb funksiyalarını öyrənirlər
Bakı, 5 iyun, AZƏRTAC
Alimlər dünya tarixində ilk dəfə beyinin ən mürəkkəb funksiyalarını öyrəniblər.
ABŞ-ın Kaliforniya Texnoloji İnstitutunun alimləri beyin impulslarına görə insan üzünün təsvirini bərpa edərək “fikirlərin oxunması” üzrə mühüm sınağı həyata keçiriblər.
AZƏRTAC “hightech.fm” saytına istinadla xəbər verir ki, bu təcrübə neyrobiologiyanın ən mürəkkəb məsələlərindən olan “beyin üzü necə tanıyır və neyrointerfeyslərin yaradılmasına daha bir addım necə yaxınlaşa bilir” sualına cavab verir. Mütəxəssislər bu tədqiqatı “neyrobiologiyada inqilab” adlandırıblar.
Hələ 1960-cı illərdə, ABŞ neyrobioloqu Cerri Lettvinin insanlarda müəyyən obyektlərə reaksiya verən spesifik neyronların mövcudluğuna dair fərziyyəni irəli sürdüyü dövrdə bu suala cavab axtarmağa başlayıb. Məsələn, elə neyronlar vardır ki, insan yalnız hansısa doğmasını gördükdə “həyəcanlanır”. Sonra yalnız müəyyən üzlərə reaksiya verən neyronlar qrupu aşkarlanıb. Lakin tanınmanın necə baş verdiyi sual altında idi.
Ən yeni tədqiqatlar göstərir ki, insan beyni üzlərin tanımasında bir növ riyaziyyata, kompüter alqoritmlərinə söykənir. Alimlər nöqtələr və onların nisbətlərinin köməyi ilə üzün onun bütün mümkün formalarını təsvir edən nişanını yaradıblar. Məsələn, göz və ya alının hündürlüyü arasındakı məsafə. Daha sonra buraya dərinin rəngi, göz, üz əzələlərinin ifadəsi və s. kimi digər xarakteristikalar əlavə edilib.