CƏMİYYƏT


Alimlər kök hüceyrələrindən süni rüşeym yaradıblar

Bakı, 4 mart, AZƏRTAC

Böyük Britaniyanın Kembric Universitetinin alimləri dünyada ilk dəfə süni siçan rüşeymi yaratmağa müvafiq olublar. Əldə olunan rüşeym bu istiqamətdə aparılan təcrübələrin ilk uğurlu nəticəsidir.

AZƏRTAC Zdorovye mail.ru saytına istinadla xəbər verir ki, tədqiqatlarda rüşeym və cift kök hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr xüsusi texnika vasitəsilə qarışdıraraq üç ölçülü siçan embrionu çərçivəsinə yerləşdirilib və dörd gün ərzində bətndaxili şəraiti özündə əks etdirən qidalandırıcı məhlulun içində saxlanılıb. Bu zaman ərzində hüceyrələr əsl rüşeymə oxşar struktur formalaşdırıblar.

Mütəxəssislər bildiriblər ki, əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq.

Süni rüşeym yaratmaq istiqamətində edilən öncəki cəhdlər hüceyrələrin çərçivə daxilində düzgün yerləşməməsi səbəbindən uğursuz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.