İQTİSADİYYAT


Alman şirkəti “Caspian Agro” sərgisində heyvanların sağım sistemi və avadanlıqlarının quraşdırılması xidmətlərini təklif edir

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Bakı Ekspo Mərkəzində keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinin iştirakçılarından biri də Almaniyanın "GEA" şirkətinin Azərbaycanda təmsilçiliyidir.

Şirkətin nümayəndəsi Murad Süleymanlı AZƏRTAC-a müsahibəsində ölkəmizdə artıq 10 ildir fəaliyyət göstərdiklərini bildirib. Onun sözlərinə görə, şirkət respublikada 10-dan çox böyük aqrokompleksin inşası və avadanlıqlarının təchizatında dəstək göstərib.

Qeyd edib ki, şirkətin əsas fəaliyyət sahələrindən biri də heyvanların sağım sistemi, avadanlıqları ilə bağlıdır: “Şirkətin məhsulları ilə Kürdəmirdə aqrokompleks inşa edilib. Qəbələdə "Gilan Holdinq"ə məxsus aqrokompleks tikilib. Həmçinin Yalamada, Tovuzda, Naxçıvanda və Azərbaycanın bir sıra rayonlarında aqrokomplekslər şirkətin avadanlıqları ilə təchiz olunub”.

M.Süleymanlı əlavə edib ki, təmsil etdiyi qurum ölkəmizdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.