İDMAN


Almaniyada Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar beynəlxalq idman yarışı təşkil edilib

Berlin, 16 may, AZƏRTAC

Almaniyanın Barleben şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar beynəlxalq idman yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra fərqli yaş qrupları üzrə yarışa qatılan müxtəlif ölkələrin idmançılarının həvəskar boks, peşəkar boks, qılıncoynatma, qol gücü, əyləncəli oyunlar üzrə qarşılaşmalarına start verilib.

Boks yarışının ilk qarşılaşmasında gənc azərbaycanlı idmançı Bəxtiyar İsgəndərzadə rəqibinə qalib gələrək, soydaşlarımızı sevindirib.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaşayan soydaşımız Yaşar Niftəliyev-Millinits tərəfindən yaradılıb. Komitənin əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, idman yarışlarında Azərbaycanın üçrəngli bayrağının qaldırılmasına, Dövlət Himninin səsləndirilməsinə nail olmaq, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına daxil etməkdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.