QAN YADDAŞI


Almaniyada Xocalı soyqırımına həsr olunmuş onlayn konfrans keçirilib VİDEO

Berlin, 27 fevral, AZƏRTAC

Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin, “Almaniya-Azərbaycan” Mədəniyyət Evinin və “Azerbaijani Ladies Club” Azərbaycan Qadın Klubunun təşəbbüsü ilə ZOOM” platformasında onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirin moderatorları Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli və “Almaniya-Azərbaycan” Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli idi.

Xocalı qətliamının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1992-ci il fevralın sonlarının faciəli günlərinə həsr olunan informasiya çarxı nümayiş etdirilib.

Sonra konfrans iştirakçılarından Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov, Naqif Həmzəyev və Tamam Cəfərova, publisist, yazıçı və müstəqil jurnalist Səriyyə Cəfərova, Vətən müharibəsi iştirakçısı Bahadur Muradov, hərbçi Emin Baxşəliyev və digərləri çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, erməni hərbçilərinin cinayətlərinin pislənilməsinin miqyası ildən-ilə genişlənir və gün gələcək, cinayətkarlar ədalət mühakiməsi qarşısında duracaqlar.

Pianoçu Vüsalə Yusif Ceyhun Allahverdiyevin Xocalı qətliamına həsr olunan “Vida adajiosu” əsərini ifa edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.