DÜNYA


Almaniyada yanacaq qıtlığı yaranıb

Bakı, 28 noyabr, AZƏRTAC 

Almaniyada su səviyyəsi azalan Ren çayından tankerlərin dolu keçə bilməməsi ilə əlaqədar yanacaq qıtlığı yaranıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Almaniyada əhalinin ən sıx yaşadığı Şimali Ren Vestfalya, Baden-Württemberg və Rheinland-Pfalzdakı yanacaq çatışmazlığı səbəbindən çox sayda yanacaqdoldurma məntəqəsi xidmət göstərə bilmir. Yağıntısız keçən payız fəsli ilə əlaqədar Ren çayı vasitəsilə hərəkət edən tankerlər su səviyyəsi aşağı olduğu üçün daha az tutumda neft və qaz daşıya bilir. Bu da yanacaq qıtlığına gətirib çıxarır. Bununla bağlı həmin bölgələrdə yanacağı qiymətinin artdığı da bildirilir.

İldə 200 milyon ton yük daşınan Ren çayında ötən günlərdə Köln yaxınlığında üç yük gəmisi su səviyyənin aşağı olması ilə əlaqədar hərəkət edə bilməyib.

Neft qıtlığını aradan qaldırmaq üçün Şimali Reyn-Vestfaliya əyaləti hökuməti yanacaq daşıyan ağırtonnajlı yük maşınlarının hərəkətinə qoyulan qadağanı ləğv edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.