İDMAN


Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 8 aprel, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində alpaqut Turan döyüş sənəti üzrə keçirilən Qarabağ açıq birinciliyinin qalibləri müəyyənləşib.

Azərbaycan Alpaqut Federasiyasından (AAF) AZƏRTAC-a verilən məlumata görə, regional birincilikdə federasiyanın Qarabağ regional nümayəndəliyinə daxil olan Ağdam, Ağcabədi, Kəlbəcər, Laçın və Zərdab rayonlarındakı filialları təmsil edən 100-dən artıq idmançı alpaqut Turan döyüş sənətinin aypara, batur, caymaz və qurşaq sistemləri üzrə mübarizə aparıblar.

Yekun nəticələrə əsasən, Ağdam (aypara), Laçın (batur), Ağcabədi (caymaz) və Zərdab (qurşaq) rayonlarının komandaları birinci olublar.

Federasiyanın və Laçın rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən turnirin qalibləri kubok, medal və diplomlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.