CƏMİYYƏT
Alternativ psixoloji üsulların təşviqi ilə bağlı layihə həyata keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “XXI əsrdə uşaq və yeniyetmələrin sağlam ruhda böyüməsi üçün alternativ psixoloji üsulların təşviqi” layihəsi başa çatıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Bakı, Sumqayıt şəhərlərində və Füzuli rayonunda “XXI əsrdə uşaq və yeniyetmələrin həyatı üçün alternativ psixoloji üsullar”, “Yeniyetmələrdə işgüzarlıq mədəniyyətinin formalaşması üçün alternativ psixoloji üsullar, “Biz XXI əsrin uşaqlarıyıq” və digər mövzularda seminarlar keçirilib.
Seminarların nəticələri barədə məlumat verən layihə rəhbəri Əbülfəz Babazadə bu sahədə işin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Qeyd edilib ki, layihənin əsas məqsədi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaq və yeniyetmələr üçün nəzərdə tutulan hüquqların təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası, təhsili, sağlamlığı və asudə vaxtın təşkili ilə bağlı problemlərin həllinə kömək göstərilməsidir.