ELM VƏ TƏHSİL


Altıncı siniflər üçün “Coğrafiya” dərsliyi çapdan çıxıb

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, şöbə müdiri dosent Zaur İmrani və başqalarının həmmüəllifliyi ilə ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün "Coğrafiya" dərsliyi çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 10 hissədən ibarət olan dərslik coğrafi biliklərin inkişaf tarixi, Yer səthinin təsviri, coğrafiya xəritələri, günəş sisteminin quruluşu və Yer planeti, litosfer, atmosfer, biosfer, hidrosfer, dünya ölkələri və xalqların yerləşməsi və təsərrüfat sahələrinin fəaliyyəti, təbiətin qorunması kimi bölmələri əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.