Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti məlumat mübadiləsi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti məlumat mübadiləsi təşkil olunub

Bakı, 14 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinə və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair “Məlumat mübadiləsi saatı” keçirilib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılmasının sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. Həmin tədbirlərin davamı olaraq, bu ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 27,5 min nəfər işsiz və işaxtaran münasib işlə təmin olunub, 473 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Həmçinin son iki ayda 28,4 min nəfər gənc əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimlərinə köməklik göstərilməsi üçün peşəyönümü tədbirlərinə cəlb edilib”.

Qeyd olunub ki, aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik ailə biznesinə keçidinə imkan verən özünüməşğulluq proqramının icrası işləri də bu il daha geniş müstəvidə davam etdirilir: “Bu il proqramda iştirak etmək üçün müraciət edən, özünüməşğulluq fəaliyyəti üçün müvafiq potensialı olanlardan 2 min nəfərə yaxını kiçik biznesin təşkili və idarə olunması üzrə zəruri biliklərə yiyələnmək üçün təlim kurslarına cəlb olunub. Kursları bitirənlərdən qiymətləndirmə əsasında uğurlu biznes-planlara malik olanlar müəyyən edilməklə onlar kiçik ailə təsərrüfatlarını qurmaq üçün aktivlərlə təmin ediləcəklər. İl ərzində proqram çərçivəsində 6-7 min kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılıb”.

Aktiv məşğulluq tədbirlərinin təşkilində beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin də əhəmiyyətini qeyd edən nazir deyib: “Gənclərin əmək bazarına inteqrasiyasında onların müasir iş axtarışı bacarıqlarına yiyələnmələri vacib amillərdən biridir. BMT İnkişaf Proqramı ilə birgə icra etdiyimiz “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi bu sahədə fəal dəstək rolu oynayır. Layihə ilk dəfə işaxtaran ali təhsilli gənclərə qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə sınanmış iş axtarışı bacarıqlarının aşılanması məqsədinə xidmət edir. Ötən dövrdə həmin layihə çərçivəsində Bakı, Sumqayıt, və Gəncə şəhərlərində, Masallı rayonunda fəaliyyət göstərən SYSLAB Təlim Mərkəzlərində ümumilikdə 640 gənc təlimlərə cəlb olunub və öyrədilən müasir iş axtarışı bacarıqları sayəsində onlardan 85 faizi müxtəlif müəssisələrdə münasib işlə təmin ediliblər. Bu ilin əvvəlindən qeyd olunan layihənin müddəti uzadılıb, Masallı və Gəncə şəhərlərində SYSLAB Təlim Mərkəzləri fəaliyyətini davam etdirir, digər bir sıra regionlarda da belə Mərkəzlərin təşkili nəzərdə tutulur”.

Ümumilikdə gənclərin məşğulluğunun təminatının diqqətdə saxlandığını qeyd edən nazir ötən il və cari ilin iki ayında nazirliyin xətti ilə münasib işlərlə təmin olunanlardan 33,3 faizinin, peşə hazırlığı təşkil olunanlardan 60 faizə yaxın hissəsinin gənclər olduğunu bildirib: “Eyni zamanda, keçən il özünüməşğulluq proqramında iştirak edənlərin 25,2 faizini gənclər təşkil edib. Bu il də proqram iştirakçılarından təqribən 30 faizinin gənclərdən ibarət olması nəzərdə tutulub”.

Nazir bildirib ki, son illərdə aparılan islahatların əsas hədəflərindən biri də dövlət məşğulluq xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi, həmin xidmətlərin müasir dünya praktikasında mövcud olan modern üsullar əsasında qurulmaqla səmərəliliyinin və əmək bazarında rolunun artırılmasıdır: “Bu sahədə “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi xüsusi əhəmiyyət kəsb edir. Həmin məqsədə nail olunmasında, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün institusional əsasların formalaşdırılmasında layihə öz dəstəyini göstərir. Həmin layihə eyni zamanda müvafiq sahədə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa və bununla əlaqədar təlim səfərlərinin təşkilinə də imkan yaradıb. Bu günlərdə layihə çərçivəsində nazirliyin əməkdaşlarının Litva, Avstriya və İsveçə də təlim səfərləri həyata keçirilib”.

Nazir tədbirin həm “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə aparılan işlər və gələcək hədəflər, həm də qeyd olunan tvinninq layihəsi üzrə təlim səfərlərinin yekunları, səfərlər zamanı əldə olunan təcrübələr barədə məlumat mübadiləsinə imkan verdiyini qeyd edib.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə görülən işlərə dair təqdimatla çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva nazirliyin nümayəndələrinin “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində Litva, Avstriya və İsveçə təlim səfərlərinin nəticələri, həmin ölkələrdə həyata keçirilən məşğulluq siyasəti və xidmətləri barədə məlumat verib.

Təqdim olunan məlumatlar əsasında müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək