CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası bayrağımızla bəzədilib

Bakı, 14 oktyabr, AZƏRTAC 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz haqlı savaşında qazandığı zəfərlərlə, torpaqlarının işğaldan azad edilməsi istiqamətində möhtəşəm uğurları ilə yeni qəhrəmanlıq salnaməsi yazır. Yaşanan qələbə ruhuna, ölkə əhalisinin yüksək vətənpərvərlik duyğularına töhfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası Azərbaycan bayrağı ilə bəzədilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

“İşğal altında olan ərazilərimiz düşməndən azad edildikcə, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır və hər birimizə sonsuz qürur hissi bəxş edir. Qələbələrimiz davam edəcək və yaxın zamanda işğaldan azad ediləcək bütün digər doğma yurd yerlərimizdə də bayrağımız yüksələcək. Əbədi müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə ucalarda dalğalansın”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.