REGİONLAR
Əmək yarmarkasında işaxtaranlara 228 boş iş yeri təklif olunub
Ağsu, 24 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə avqustun 24-də Ağsuda növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağsu Mədəniyyət Sarayında təşkil olunan əmək yarmarkasına 21 idarə, müəssisə və təşkilatdan 228 boş iş yeri çıxarılıb. Boş iş yerlərindən 189-u dövlət, 24-ü qeyri-dövlət, 15-i isə fiziki şəxslər tərəfindən təklif edilib. Vakant yerlərdən 39-u fəhlə, 176-sı qulluqçu, 13-ü isə xidməti sahələr üzrə olub. Təklif edilən iş yerlərində orta aylıq əmək haqqı 125 manatdan 300 manatadəkdir.
Əmək yarmarkasında 41 işaxtaran vətəndaşa işə göndəriş verilib.