DÜNYA


Amsterdamda bankda partlayış olub

Paris, 13 fevral, AZƏRTAC

Niderlandın paytaxtı Amsterdamda yerləşən İNG bankında partlayış olub.

AZƏRTAC xəbər verir ki, banka göndərilən bağlamanın partlaması nəticəsində bir nəfər tüstüdən boğulub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, bu, son iki gündə Niderlandda baş verən sayca 3-cü partlayışdır. Ötən gün şəhər poçtunda iki zərf partlayıb.

Polisin məlumatına görə, Amsterdamdakı “ABN Amro” bankına və Kerkradedəki “Ricoh” şirkətinə göndərilən zərflər Niderlandda iki mehnaxanaya, ticarət mərkəzlərinə, yanacaqdoldurma stansiyasına və maşın salonuna göndərilmiş zərflərlə oxşardır.

Bildirilib ki, təhlükəli zərfləri göndərən şəxs miqdarı açıqlanmayan məbləğdə vəsaitin bitkoinlə ödənilməsini tələb edib.

Qeyd edək ki, bu il ərzində Niderlandda bir çox şirkətlərə oxşar zərflər göndərilib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Amsterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.