SİYASƏT


“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi davam edir

Bakı, 19 iyun, AZƏRTAC 

Bu il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsinin ikinci mərhələsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində keçirilən müsabiqənin məqsədi hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının öyrədilməsi, onların milli mənəvi dəyərlər və Azərbaycançılıq ideyası ruhunda tərbiyə edilməsi, döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi, eləcə də hərbi intizamın daha da möhkəmləndirilməsi və qabaqcıl təcrübənin təbliğindən ibarətdir.

Müsabiqənin qalibləri xüsusi komissiya tərəfindən müəyyən ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.