MƏDƏNİYYƏT


“Ana vətənimin anası dilim” adlı tədbir keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Nizami rayonu E.Cəlilov adına 272 nömrəli məktəbin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana vətənimin anası dilim” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə məktəblilərin ifasında musiqili ədəbi-bədii kompozisiya təqdim olunub. Məktəblilər ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər, mahnılar ifa ediblər. Milli geyimdə olan şagirdlər şifahi xalq ədəbiyyatı nümunələrindən olan bayatılar, atalar sözləri və laylalar söyləyiblər.

Sonra “Ana vətənimin anası dilim” adlı kitab sərgisinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.