SİYASƏT


Anadolu agentliyi Ermənistanın hərbi təxribatları ilə bağlı infoqrafika və videoçarx yayımlayıb

Ankara, 28 sentyabr, AZƏRTAC

Türkiyənin Anadolu agentliyi Ermənistan silahlı qüvvələrinin davamlı olaraq həyata keçirdiyi hərbi təxribatlar nəticəsində sentyabrın 27-dən başlayaraq bölgədə yaranmış hərbi qarşıdurma ilə bağlı infoqrafika və videoçarx yayımlayıb.

AZƏRTAC xəbər verir ki, infoqrafika “Azərbaycan erməni hücumları qarşısında torpaqlarını işğaldan azad edir” sərlövhəsi ilə, videoçarx isə “Bu gün 60 saniyədə” bölməsində təqdim edilib. Hər iki materialda düşmənin Azərbaycan kəndlərinə hücumu, Azərbaycan Ordusunun mülki əhalini qorumaq cavab tədbirləri, Silahlı Qüvvələrimizin ilk zəfəri barədə məlumat verilir.

Materiallarda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın təxribatları ilə bağlı fikirləri, qonşu dövlətlərin prosesə münasibəti diqqətə çatdırılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.