Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Anar İsgəndərov: 20 Yanvar hadisələri istiqlala gedən yolun ilk qığılcımları idi

Anar İsgəndərov: 20 Yanvar hadisələri istiqlala gedən yolun ilk qığılcımları idi

Bakı, 18 yanvar, AZƏRTAC

2020-ci ildə Vətən müharibəsində Zəfərimizə qədər olan dövrdə ermənilərin birbaşa və dolayı yolla xalqımıza qarşı çoxsaylı təxribatlar, qətliamlar törədiblər və bu baxımdan 20 Yanvar hadisəsi Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu hadisə idi. XX əsrin əvvəllərində, yəni, 1904-1905-ci illərdə azərbaycanlı əhaliyə qarşı soyqırımı hadisəsi törədiləndə Azərbaycanın demokratik ziyalıları bu hadisənin təfərrüatına varmadılar. Onlar elə başa düşürdülər ki, bu hadisə, sadəcə, Azərbaycan və erməni xalqları arasında məişət zəminində baş verən hadisədir. Ziyalılarımız Azərbaycan xalqına anlada bilmədilər ki, XIX əsrin 80-ci illərindən başlayaraq ermənilər “böyük Ermənistan” xülyası uğrunda mübarizəyə başlayıblar. Ermənilər “Daşnaksütyun” partiyasının rəhbərliyi altında “dənizdən-dənizə” ideyası ilə hərəkət edirlər. Bu ideyanın müəllifləri iddia edirdilər ki, guya “böyük Ermənistan” dövləti eradan əvvəl mövcud olub və bu dövlətin ərazisi Aralıq dənizindən Qara dənizə, oradan isə Xəzər dənizinədək uzanırmış. İndi məqsəd tarixi erməni dövlətini və onun torpaqlarını bərpa etməkdir. Bu torpaqları geri qaytarmaq üçün həmin ərazidə yaşayan azərbaycanlıları qırmaq, soyqırımına məruz qoymaq lazımdır. 1905-1906-cı illərdə törədilən hadisələrin səbəbini bilmədiyimiz və “Axı erməni bizdən nə istəyir? sualına cavab tapmadığımız üçün 1918-1920-ci illərdə Azərbaycan xalqı yenidən bu dəhşəti yaşamalı oldu. Bu qırğınlar əvvəlkindən daha dəhşətli və əhatəli idi. Artıq azərbaycanlıların soyqırımı həm Şimali, həm də Cənubi Azərbaycanda aparılırdı.

Təəssüflər olsun ki, 1920-ci ilin aprel işğalından sonra həyata keçirilən təbliğat azərbaycanlılara qarşı törədilən soyqırımı yaddan çıxardı, hadisələrə başqa don geyindirildi. Təbliğat aparıldı ki, guya 1918-1920-ci illərdə həyata keçirilən soyqırımı deyilmiş, bu, vətəndaş müharibəsi imiş və bunun səbəbkarı Azərbaycanın milli demokratik ziyalıları, hadisənin qəhrəmanı isə Stepanyan Şaumyan imiş. 1920-ci ildən başlayaraq Azərbaycanın milli demokratik ziyalıları bu bəhanə ilə sıradan çıxarıldı. İdeologiyanın forması dəyişdirilərək xalqlar dostluğuna çevrildi və proletar beynəlmiləlçiliyə xidmət etməyə başlanıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “20 Yanvar hadisələri istiqlala gedən yolun ilk qığılcımları idi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Məhz bunların nəticəsi idi ki, XX əsrin 80-ci illərinin sonlarında ermənilər bizə qarşı ərazi iddiası ilə çıxış edəndə onlara qarşı mübarizə aparmaq üçün bir yumruq kimi birləşə bilmədik. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistanda həm hakimiyyət, həm əhali, həm də erməni diasporu miatsum (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası) ideyası ətrafında birləşərək Azərbaycanın tarixi torpaqlarını qəsb etmək üçün güc sahibi oldular. Amma Ermənistandan fərqli olaraq, Azərbaycanın siyasi hakimiyyəti üzünü Moskvaya tutdu, ümidini ona bağladı. Lakin Azərbaycanın demokratik ziyalıları bununla razılaşmadılar və etiraz səslərini ucaltdılar. Təəssüf ki, birləşmək mümkün olmadı, fikir ayrılığı yarandı və təbii ki, Moskvadan asılılıq insanlarımızı qırğına sürüklədi.

20 Yanvar Azərbaycan xalqının tarixində ən ağrılı hadisələrdən biridir. Bu faciədə yüzlərlə insan həlak oldu. Şikəst qalan da oldu, itkin düşən də. Amma bununla yanaşı, xalq ilk dəfə olaraq boyunduruqdan xilas olmaq uğrunda mübarizəyə qalxdı. Sovet hökumətindən əlini üzən xalq meydanlara axışdı. Sovet dönəmində təkcə Azərbaycanı idarə edən deyil, həm də sovet hökumətini idarə edənlərdən biri - yeganə türk müsəlman ulu öndər Heydər Əliyev xalqının səsi oldu, sovet imperiyasını öz məkanında, paytaxt Moskvada ifşa etdi. Azərbaycan xalqı birmənalı olaraq dərk etdi ki, 70 il ərzində təbliğ olunanlar yalan imiş və sovet ordusu heç vaxt Azərbaycan ordusu olmayıb və olmayacaq. Bizim vətənimiz SSRİ deyil, Azərbaycandır.

20 Yanvar ibrətli tarixdir. Bu tarix istiqlala gedən yolun ilk işartılarını özündə əks etdirirdi. Meydan hərəkatı anlatdı ki, xalq öz ərazi bütövlüyünü qorumaq üçün Vətən, torpaq uğrunda mübarizəyə qalxmalıdır. O, əliyalın da, silahsız da ola bilər. Bu mübarizədə ən kiçik yaşlı məktəbli də, əsgər də, gənc polis də, ahıl da şəhid ola bilər, təki Vətənin bütövlüyünə, azadlığına xələl gəlməsin.

Azərbaycan xalıq da 1990-cı il yanvarın 20-də bütün dünyaya göstərdi ki, Vətən sevgisi hər şeydən yüksəkdir və bu xalq Vətən üçün ölümün gözünə dik baxmağı bacarır və heç nədən qorxmur. Bu faciədə yüzlərlə vətəndaşımız şəhid oldu. Amma şəhidlər versək də, müstəqilliyimizi yenidən qazandıq. Azərbaycan xalqı XX əsrdə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin xalq müstəqil dövlətini qurmaq, möhkəmləndirmək, müdafiə etmək və inkişaf etdirmək üçün ağır sınaqlarla, çətinliklərlə üzləşməli oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu çətinliklərin öhdəsindən gəlməyə nail olmuş Azərbaycan Respublikası həm müstəqilliyini qoruyub saxladı, həm də respublika daxilində ictimai-siyasi sabitlik yaratdı.

Şəhidlər əvvəl bir ailənin övladı, şəhadətə qovuşandan sonra isə bütün Azərbaycanın övladı olurlar. 20 Yanvar hadisələri zamanı aparılan mübarizənin nəticəsi idi ki, Azərbaycan xalqı 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Ordumuz 2020-ci il sentyabrın 27-də əks-hücuma keçərək qırx dörd gün ərzində müharibəni Qələbə ilə başa çatdırdı.

Əslində, 20 yanvardan sonra Azərbaycan əsgər və zabitləri 2016-cı ilin Aprel döyüşlərində “məğlubedilməz erməni ordusu” mifini darmadağın etmişdilər. 44 günlük Vətən müharibəsində bütün dünya bir hadisənin şahidi oldu ki, bu xalqın sayı az ola bilər, ərazisinin sahəsi kiçik ola bilər, ancaq Azərbaycan xalqı qəhrəman və mübariz xalqdır. Çünki bu xalq torpaq uğrunda minlərlə şəhid verib.

Şəhidlər xiyabanı hər birimizin ziyarət yeridir. Hər dəfə şəhidlərin xatirəsini yad etmək üçün xiyabana gedəndə “sizin qanınız yerdə qalmayacaq” deyirdik. İndi onların məzarlarını igid oğul və qızlarımızın ruhuna dua oxuyaraq üzümüz ağ, alnımız açıq ziyarət edir və deyirik: “Rahat uyuyun, sizin qanınız yerdə qalmadı!”.

Azərbaycan 30 ildə yaxşı dostlar qazandı və bu dostluğun ən gözəl nümunəsi Türkiyənin bizi hərtərəfli dəstəkləməsi oldu. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” oldu. Eyni zamanda, türkdilli və digər dost dövlətlərin Azərbaycanın haqq işində yanımızda olması bizə əlavə güc verdi. Azərbaycan öz istiqlalı, ərazi bütövlüyü uğrunda mübarizədə qalib gəldi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda şərəflə, qürurla dalğalanır. 20 Yanvar bu istiqlala gedən yolun ilk qığılcımları idi.

Bütün şəhidlərimiz bizim üçün əzizdir, 20 Yanvar şəhidlərinin yeri isə qəlbimizdə bir ayrıdır. Xalqımızın qəhrəman övladları qəlbimizdə, beynimizdə azadlıq toxumu əkdilər, yolumuza işıq saçdılar. Həmin toxumun cücərtiləri Vətən müharibəsində Qələbəmizi təmin etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub