CƏMİYYƏT


Anar Kərimov: Qazilərlə bağlı əlavə tədbirlərə ehtiyac var

Bakı, 20 iyun, AZƏRTAC

Nazirlik tərəfindən 15 min qazi və paralel olaraq 80 mindən çox müharibə veteranı ilə bağlı işlər görülür. Qazilər bizim qürur yerimizdir. Bu sahədə əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclis komitələrinin 2022-ilin dövlət büdcəsinin icrası ilə bağlı iyunun 20-də keçirilən birgə iclasında söyləyib.

Nazir müavini deyib: “Birinci Qarabağ müharibəsi ilə bağlı da müəyyən işlər görülür. İndiyədək 3 min qazimizin əlilliyi müəyyən olunub. Bu məsələ ilə bağlı biz müvafiq qurumlarla birgə işləyirik. Artıq minlərlə qazimiz ağır və yüngül xəsarətlərə görə də ödənişlərini alırlar”.

Nazir müavini bildirib ki, təqribən 12 min qazi işlə təmin edilib, onlara 20 min reabilitasiya vasitəsi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.