Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Anatoli Banişevski – Bakı futbolunun əfsanəsi VİDEO

Moskva, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Moskvada, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azər Cahangirovun “Sentr propaqandı” nəşriyyatında rus dilində çapdan çıxmış “Kometa izi. Anatoli Banişevskinin həyatından səhifələr” adlı kitabının təqdimatı keçirilib. Tədbir Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və “Baku” jurnalının dəstəyi ilə təşkil edilib.

Məşhur Azərbaycan futbolçusunun dostlarının və müasirlərinin xatirələri əsasında yazılmış bu kitaba Rafael Hüseynovun, Aqşin Kazımzadənin, Lev Filatovun, Yuli Seqeneviçin, Fərhad Ağamalıyevin məqalələri daxil edilib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova təqdimat mərasimini açaraq qeyd edib ki, bu kitab “dəri top”un böyük ustalarından biri olmuş həmvətənimiz Anatoli Banişevskiyə hədsiz hörmətin daha bir təsdiqi, idmançıların gənc nəsli üçün indi də əvvəlki kimi kumir və təqlid nümunəsi olan insana sevgi əlamətidir. T.Əhmədova deyib: “Anatoli Banişevski 19 yaşında olarkən SSRİ yığma komandasında oynayır, 20 yaşında futbolun vətəni İngiltərədə keçirilən dünya çempionatında Sovet İttifaqının yığma komandasını təmsil edirdi. O dövrün oğlanları onu özlərinin kumiri hesab edirdilər. Həmin illərdə Azərbaycanın bir sıra şəhərlərində, həyətlərdə oğlanların Banişevski kimi oynamağa çalışdıqlarını görmək olardı. 2003-cü ildə UEFA-nın 50 illiyi ərəfəsində müxtəlif ölkələrin futbol təşkilatları son 50 ildə özlərinin ən məşhur futbolçularının adlarını bildirəndə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Anatoli Banişevskinin adını çəkmişdi. Bu gün Masallı şəhərindəki stadion onun adını daşıyır”.

T.Əhmədova vurğulayıb ki, bu gün Azərbaycanda idmana xüsusi diqqət yetirilir. Azərbaycanda Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, “Formula-1” Qran-prisi yüksək səviyyədə keçirilib. Ölkəmizdə futbolun inkişafı üçün çox iş görülür: adlı-sanlı məşqçilər dəvət edilir, bizim komandalar prestijli turnirlərdə iştirak edir. Azərbaycan idman ölkəsinə çevrilir.

T.Əhmədova çıxışını bu sözlərlə bitirib: “Anatoli Banişevski kimi ustaların adları heç vaxt unudulmayacaq”.

Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlu kitabın müəllifi, publisist Azər Cahangirova və bu kitabın nəşrində iştirak edənlərin hamısına təşəkkürünü bildirib. Səfir A.Banişevski ilə özünün necə tanış olmasını xatırlayaraq deyib: “60-cı illərin ortalarında mərkəzi sovet qəzetlərinin birində Banişevski ilə müsahibə dərc edilmişdi. “Kimin musiqisini daha çox sevirsiniz?” – sualına o, belə cavab vermişdi: Polad Bülbüloğlunun. Bu, mənim üçün çox xoş idi, xüsusən ona görə ki, o vaxt Anatoli milyonların kumiri idi. Anatoli sadə, təvazökar bir bakılı gənc idi. Onunla həmişə sadə dildə söhbət etmək olardı. Hər dəfə onunla görüşdən sonra qəlbimdə işıqlı hisslər qalırdı”.

A. Banişevskinin vətənpərvərliyini və doğma yurda sevgisini xüsusi qeyd edən səfir deyib: “Mən bilirəm ki, o illərdə Moskvanın OMİK və “Spartak” komandaları Anatolini öz heyətlərinə dəvət edir, ona Moskvada mənzil təklif edirdilər. Lakin o, Bakıdan getmədi. Həmişə deyirdi ki, Bakısız yaşaya bilmir. O, öz “komanda”sına sadiq qaldı.

P.Bülbüloğlunun sözlərinə görə, Banişevski öz şəhərinin, öz ölkəsinin vətənpərvər oğlu idi. Səfir deyib: “Bu gün Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi bu görüşü təşkil etməklə çox düzgün hərəkət edib. Böyük şair Rəsul Həmzətov deyirdi ki, əgər biz keçmişimizə tapançadan atəş açsaq, onda gələcək bizə topdan atəş açacaq. Öz görkəmli adamlarını, tarixi yaradan istedadlı adamları heç vaxt unutmaq olmaz. Bu gün biz gənclərimizə vətənpərvərlik hissi aşılamalıyıq və bu hissi Anatoli Banişevski kimi insanların timsalında aşılamaq lazımdır”.

Sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov, əfsanəvi müdafiəçi Oleq Kuznetsovun oğlu Aleksandr Kuznetsov A.Banişevskini təkcə dahi hücumçu kimi deyil, həm də geniş ürəkli, son dərəcə təvazökar bir insan kimi xatırladılar. Bütün dünyada tanınmasına baxmayaraq, o, həmişə səmimi, ünsiyyətcil insan, qiymətli peşəkar məsləhət verməyə hazır olan bir futbolçu idi.

Təqdimat mərasiminə gələnlər arasında tanınmış bakılı futbolçular Nikolay Smolnikov, Tofiq Abbasov, Rafiq Əlizadə və başqaları da vardı.

“Neftçi”nin keçmiş hücumçusu Nikolay Smolnikov deyib: “Banişevski xalqın sevimlisi idi. İndiki futbolçular mühafizəçi ilə gəzirlər, Banişevskini isə xalq qoruyurdu. Onun arxasınca həmişə azarkeşlər dəstəsi gedirdi”.

“Lider TV”nin Moskvadakı müxbir məntəqəsinin rəhbəri Anar Həsənov kitabı ərsəyə gətirənlərə təşəkkürünü bildirərək qeyd edib ki, azərbaycanlıların gənc nəsli bu əfsanəvi həmvətənimizin xatirəsini böyük ehtiramla yad edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Anatoli Banişevski – Bakı futbolunun əfsanəsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir