DÜNYA


Andrey Kovaçev: Bolqarıstanın 2019-cu ildə Şengen məkanına daxil olmaq imkanı var

Sofiya, 29 noyabr, AZƏRTAC

Bolqarıstanın 2019-cu ildə Şengen məkanına daxil olmaq imkanı var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa xalq partiyası sədrinin müavini və QERB partiyasının Avropa Parlamentindəki qrupunun lideri, deputat Andrey Kovaçev jurnalistlərə deyib. Onun sözlərinə görə, Bolqarıstanın Şengen məkanına daxil olmasına qarşı çıxan Fransa, Hollandiya və Almaniya deputatları ilə müzakirələr aparılır.

A.Kovaçev diqqətə çatdırıb ki, artıq Almaniya fikrini dəyişib. O, Bolqarıstanın ikili standartlarla üzləşməyəcəyinə ümid etdiyini və tezliklə məkanın tam üzvü statusunu qazanacağına inandığını vurğulayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.