ELM VƏ TƏHSİL


Ankara Universitetinin professoru BDU-da mühazirə oxuyub

Bakı, 30 sentyabr, AZƏRTAC

Türkiyənin Ankara Universitetinin professoru, ifratkeçiricilik sahəsində dünyada tanınmış alimlərdən olan Əli Gəncər Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Dayanıqlı inkişafda elm və texnologiyaların rolu” mövzusunda mühazirə oxuyub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Professor Əli Gəncər müasir dövrdə ölkələrin iqtisadi inkişafında, yüksək həyat səviyyəsinin əldə olunmasında texnologiyaların rolu və aktual problemləri barədə ətraflı məlumat verib. Bildirilib ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Elm və texnologiyaların ölkələrin sosial rifah və davamlı inkişafında çox mühüm rolu var.

Tanınmış alim texnologiyaların daha çox inkişaf etdiyi ölkələrdə insanların orta ömür yaşının da yüksək olduğunu son 150 ilin statistik məlumatlarının təhlili əsasında göstərib. O, bu istiqamətdə Türkiyə və Azərbaycanda həyata keçirilən və görülməli olan işlər barədə fikirlərini bölüşüb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.