DÜNYA


Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Bakı, 8 fevral, AZƏRTAC

ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tərəflər Vaşinqtonun Kiyevə hərbi yardımı, eləcə də iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Pentaqonun məlumatına görə, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Vaşinqton Kiyevə hərbi yardım üçün 29,3 milyard dollardan çox vəsait ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.