CƏMİYYƏT


Aprel ayına olan hava proqnozu açıqlanıb

Bakı, 1 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə apreldə havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 7-12°, gündüzlər 12-17°, bəzi günlərdə 21-26° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 23-33 millimetr) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 11-14° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 8-13°, bəzi günlərdə 6°-dək isti, gündüzlər 13-18°, bəzi günlərdə 23-28° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 34-59 millimetr) ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperatur 7-10° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 2-4° şaxta, gündüzlər 7-12°, aprelin ikinci və üçüncü ongünlüyünün bəzi günlərində 15-18° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 54-83 millimetr) bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 11-13° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 6-11°, gündüzlər 12-17°, bəzi günlərdə 21-26° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 31-54 millimetr) ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 9-12° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə dağlıq ərazilərdə 3-8° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 20-25° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-126 millimetr) proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 12-14° isti olacağı ehtimalı var. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 7-12°, gündüzlər 14-19°, bəzi günlərdə 23-28° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 30-49 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 9-13° isti olacağı ehtimal edilir. Bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 6-11°, gündüzlər 12-17°, bəzi günlərdə 21-26° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 millimetr) gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.