İQTİSADİYYAT


Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində panel görüş keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

Gənc kənd qadınlarının və kişilərinin, həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə icra edilən “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) yekunlarına dair panel görüş keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin icrasına KOBİA də dəstək göstərib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən layihə çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr və gələcəkdə bu istiqamətdə həyata keçirilə biləcək layihələr barədə məlumat verilib.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahənin dayanıqlı inkişafın və məşğulluğun təmin edilməsində əhəmiyyətli rolunu qeyd edərək, AMAL layihəsinin gənclərin məşğulluğunun artırılmasını və sahibkar kimi formalaşmasını təşviq etdiyini vurğulayıb, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən gənc sahibkarların fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə yönəlik dəstək mexanizmləri barədə məlumat verib. Görüş panel müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.