SİYASƏT


Ərəb KİV-ləri Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribat barədə xəbərlər yayır

Bakı, 27 sentyabr, AZƏRTAC

Misir, Əlcəzair, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələrinin KİV-ləri Ermənistan silahlı qüvvələrinin bu gün Azərbaycana qarşı törətdikləri genişmiqyaslı hərbi təxribatlar barədə silsilə materiallar yayırlar.

AZƏRTAC-a istinadla yayılan xəbərlərdə qeyd olunur ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini intensiv atəşə tutub. Hücum nəticəsində azərbaycanlı mülki əhali və hərbçilər arasında həlak olanlar və yaralananlar olub.

Ərəb ölkələrinin onlarla informasiya resursu – “əl-Vatan”, “ən-Nəhar”, “əl-Cəzirə”, “əl-Harir”, “Ruyanews”, “Şuruknews”, “əl-Diblumasi”, “əl-Cəzair”, “Radio əl-Cəzair”, “İİNAnews”, “Nabd”, “Djazairess”, “Asiaelyoum” və digər xəbər agentlikləri, teleradioları, qəzetləri baş verən hadisələri obyektiv işıqlandırır, ictimaiyyəti bu barədə müntəzəm məlumatlandırırlar.

Bir sıra ərəb KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində söylədiyi fikirlərə yer ayırıb, Azərbaycan tərəfinin münaqişə ilə bağlı mövqeyini diqqətə çatdırıb. Həmçinin mülki əhalinin və yaşayış məntəqələrinin atəşə tutulmasının beynəlxalq konvensiyalara zidd olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.