İDMAN


Argentina Futbol Federasiyası Lionel Messinin Mərakeş yığması ilə oyunda zədələnməməsi üçün şərt qoyub

Bakı, 7 mart, AZƏRTAC

Argentina Futbol Federasiyası Lionel Messinin milli komandanın heyətində Mərakeş yığması ilə görüşdə zədələnməsinin qarşısını almaq üçün maraqlı addım atıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, federasiya martın 26-da keçiriləcək qarşılaşmada L.Messinin zədə almaması üçün futbolçulara ona qarşı son dərəcə ehtiyatlı olmalarını xahiş edib. Mərakeş Futbol Federasiyası bu xahişə razılıq verib.

Bundan başqa, əldə edilən razılığa əsasən Lionel Messi görüşdə ən azı altmış dəqiqə meydanda olmalıdır.

Xatırladaq ki, 31 yaşlı futbolçu 2018-ci ildə Rusiyada keçirilən XXI dünya çempionatından sonra milli komandaya ilk dəfə çağırılıb. O, millinin heyətində keçirdiyi 128 oyunda 65 qol vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.