MƏDƏNİYYƏT
“Art Tower” qalereyasında Abşerona həsr edilmiş sərgi açılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
İçərişəhərdəki “Art Tower” qalereyasında “Abşeron” adlı rəsm sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə bir neçə fırça ustasının Abşeron mövzusunda “vorkşop” formatında olan əsərləri nümayiş etdirilir. Tədbirdə məlumat verilib ki, sərginin ekspozisiyasına təqdim olunan 50-dək sənət əsəri məna və məzmun baxımından mükəmməlliyi ilə seçilir. Vurğulanıb ki, birgünlük sərgidə tamaşaçılar rəngkarlıq, yağlı boya, akvarel və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretləri görə biləcəklər. Paytaxt sakinləri və şəhərimizin qonağı olan bir sıra turistin də qatıldığı sərgi maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]