ELM VƏ TƏHSİL
“Arverne Group” şirkəti UFAZ məzunlarının işlə təmin olunması məsələlərində maraqlıdır
Bakı, 14 iyul, AZƏRTAC
Fransanın “Arverne Group” şirkətinin baş icraçı direktoru Pierre Brossollet Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin icraçı direktoru Vazeh Əskərov, Tədris departamentinin müdiri Lətifə Nəsibova, Beynəlxalq əlaqələr üzrə departamentin müdiri Kamil Piriyev və “Arverne Group” şirkətinin idarəetmə üzrə tərəfdaşı Damien Bevillonun iştirak etdikləri görüşdə universitetin fəaliyyəti, tədris şəraiti barədə ətraflı məlumat verilib.
“Arverne Group” tərəfindən UFAZ tələbələrinin gələcəkdə bu müəssisədə təcrübə keçməsi təklif edilib və şirkətin universitet məzunlarının işlə təmin olunması məsələlərində maraqlı olduğu bildirilib.