REGİONLAR


Arxivlər tariximizin öyrənilməsində mühüm rol oynayır

Naxçıvan, 26 may, AZƏRTAC

Əsrlərin həqiqətlərini üzə çıxaran, tariximizi, dövlətlər arasında münasibətləri, görkəmli şəxsiyyətlərin fəaliyyətlərini olduğu kimi keçmişdən bu günə, bu gündən isə gələcəyə daşıyan arxiv materialları olduqca dəyərlidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri “Naxçıvan” Universitetində “Tariximizin öyrənilməsində arxivlərin rolu” mövzusunda keçirilən konfransda ali təhsil ocağının rektoru Nurlana Əliyeva deyib.

“Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”ndan söz açan rektor proqramda təhsil və elm müəssisələrinin də qarşısına vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, milli-mənəvi sərvətimizin mühafizə olunduğu arxivlərin əhəmiyyəti çox böyükdür. Buna görə də müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə daha ciddi işlər aparılıb. Arxiv materiallarının qorunması və saxlanması ilə bağlı ardıcıl tədbirlər görülüb. Arxiv materiallarının tədqiqi əsasında yüzlərlə kitab, monoqrafiya, məqalə yazılıb nəşr olunub. Sözügedən Dövlət proqramının icrası da muxtar respublikada bu istiqamətdə işlərin davamlılığını təmin edir.

Konfransda universitetin Ümumi tarix kafedrasının müəllimi, dosent İlham Əliyev “Vətən tarixinin öyrənilməsində arxivlər mənbə kimi”, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşı Cəfər Məmmədhəsənov “İdarə və təşkilatlarda arxiv işinin təşkili”, “Pedaqogika və psixologiya” kafedrasının müdiri Aytən Məmmədova “Arxiv-mənəvi xəzinəmizin saxlanc yeri” mövzularında çıxış ediblər.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.