SİYASƏT


Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib

Bakı, 9 yanvar, AZƏRTAC

Hərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat kitabları təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində ictimaiyyətin nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilib.

Çıxış edənlər hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkilində, onların dünyagörüşünün genişlənməsində və mənəvi-psixoloji vəziyyətlərinin daha da yaxşılaşdırılmasında böyük rolu olan bədii ədəbiyyat nümunələrinin hərbi hissələrin kitabxanalarına verilməsini yüksək qiymətləndiriblər.

Milli Məclisin deputatı Sona Əliyeva ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, hərbi hissələrin müasir standartlara cavab verməsinin, eləcə də şəxsi heyətin yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasının ölkə ictimaiyyəti tərəfindən fəxr hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Kitablar əsgər kitabxanasına təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçuların xidməti və məişət şəraiti ilə tanış olub, əsgər yeməkxanasında şəxsi heyətlə birgə nahar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.