ELM VƏ TƏHSİL


Əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu

Bakı, 28 sentyabr, AZƏRTAC

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri açan müəssisənin direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızın erməni işğalçılarından azad edildiyini deyib. Vurğulanıb ki, qəhrəman ordumuz məhz 44 günlük haqq savaşı ilə qələbə sevincini bizə yaşatdı və xalqımızın 30 illik torpaq həsrəti bitdi.

Digər çıxış edənlər də işğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, Birinci və İkinci Qarabağ müharibələrində institut əməkdaşları və onların ailə üzvləri iştirak ediblər. İkinci Qarabağ müharibəsində iştirak edən Sevda Məmmədovanın oğlu Emin Məmmədov, İkinci Qarabağ müharibəsində oğlu iştirak edən İlqar Həsənov, Birinci Qarabağ müharibəsi şəhidinin valideyni Hafizə Aslanova çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik və qürur duyuruq.

Tədbirdən sonra institut rəhbərliyi və əməkdaşları tərəfindən İkinci Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.